“TRT”-dəki “Ayrılıq” azərbaycanlı yazıçının romanı imiş!
01 aprel 2009 17:00 (UTC +04:00)

“TRT”-dəki “Ayrılıq” azərbaycanlı yazıçının romanı imiş!

“Bu mövzu bir eşq hekayəsidir və müxtəlif ölkələrdə keçərlidir”
Türkiyənin TRT-1 televiziyasının rəsmiləri “Ayrılıq” teleserialındakı Hacı obrazının Fətullah Gülənin xarakterini canlandırması barədə “Habertürk” qəzetinin iddialarına münasibət bildirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telekanal rəsmiləri bu iddiaya etiraz ediblər. TRT rəsmiləri maraqlı bir açıqlama da verib. Onlar serialın azərbaycanlı bir yazıçının illər öncə qələmə aldığı bir roman əsasında çəkildiyini bildirib. Lakin həmin yazıçının adı açıqlanmayıb. Açıqlamada “bu mövzu bir eşq hekayəsidir və müxtəlif ölkələrdə keçərlidir. Bunun Gülənlə heç bir əlaqəsi yoxdur. TRT heç belə bir hərəkət edərmi?” – deyə, qeyd olunub.
Xatırladaq ki, “Ayrılıq” serialının çəkilişləri Türkiyədən başqa Azərbaycan, İran, Çeçenistan, Türkmənistan, Özbəkistan və Ermənistanda aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar