Fətullah Gülənli “Ayrılıq” serialı bu gün başlayır
Serialın 250 milyon insan tərəfindən izlənəcəyi proqnozlaşdırılır
Çəkilişləri Türkiyədən başqa Azərbaycan, İran, Çeçenistan, Türkmənistan, Özbəkistan və Ermənistanda aparılmış “Ayrılıq” teleserialı bu gün axşamdan başlayaraq TRT kanalında yayımlanacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə TRT-nin ən böyük layihələrindən biri olan “Ayrılıq” serialının təqdimat mərasimində məlumat verilib.
Serialın 250 milyon insan tərəfindən izlənəcəyi proqnozlaşdırılır.
Bu arada “Habertürk” qəzeti “Ayrılıq” serialında nurçuların lideri Fətullah Gülənin də yer aldığını yazıb. Qəzet yazır ki, serialda Fətullah Gülən kimi Türkiyədən xaricdə məktəbləri olan və sözü dinlənən “Hacı” xarakterini Ahmet Özhan canlandırır.
“Habertürk”ün iddiasına görə, seirala çəkilməklə arası olmayan aktyor fətullahçıların “Özhan bu rola yaraşır” mesajlarından sonra bu rolu oynamağı qəbul edib.
Çeçenistan-Rusiya müharibəsinin də yer aldığı “Ayrılıq”da 2006-cı ildə həyatını itirmiş çeçen lideri Şamil Basayevi Erdal Beşikçioğlu canlandırıb.
Ümumilikdə serialın 7 nəfər baş rol ifaçısı var:
Erdal Beşikçioğlu – ailəsini və kəndini silahlı birləşmələrdən qoruyan Şamil adlı vətənpərvər çeçen;
Azra Akın - Türkiyədə yaşadığı vaxtda tanış olduğu və böyük eşq yaşadığı Dənizdən ayrılmaq məcburiyyətində qalan Firəngiz adlı çox gözəl azərbaycanlı qız;
Kaan Urqancıoğlu – Qaradəniz hövzəsində iş quran türk iş adamlarının olan, bu konsorsiumda vəzifə alan Dəniz;
Zeynəb Tokuş – öz sahəsində bir nömrə olan iş qadını Teminə;
Atilla Saral – silah və təbii qaz sahəsi üzrə fəaliyyət göstərən bölgəyə hakim güclü bir iş adamı Odorov;
Mehmet Ali Nuroğlu – Dənizin yaxın dostu, Firəngizin böyük qardaşı Sparta;
Ahmet Özhan – Bölgədə təhsil sahəsi üzrə fəaliyyətlərinə diqqət yetirən və sözü keçən Hacı.

1688