Nazir: “Otellərdə xidmət haqlarının endirilməsi müsbət haldır”
Azərbaycanda faliyyət göstərən turizm şirkətləri və onların həyata keçirdiyi layihələr ixtisar olunmayıb. Lent.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib: “Böhran bu sahədə təsirsiz ötüşüb. Biz heç bir turizm şirkəti ilə nəzərdə tutulan layihələri ixtisar etməmişik”.
Nazir otellərdə qiymətlərin ucuzlaşması tendensiyasını müsbət hal sayır: “Otellərdə xidmət haqlarının aşağı düşməsi müsbət haldır. Əvvəllər müştərilər şikayət edirdi ki, otellərdə qiymətlər yüksəkdir. Mən cavab vermişdim ki, bazar iqtisadiyyatı hər şeydə olduğu kimi, turizm sahəsində də hər şeyi özü tənzimləyəcək, rəqabət artacaq. Qiymətlərin aşağı düşməsi ilə ölkəmizə gələn insanların sayı çoxalacaq”.
Lalə Yusifqızı

1645