Qısaboylu adamlarda bu xüsusiyyətlər OLUR
27 fevral 2023 15:30 (UTC +04:00)

Qısaboylu adamlarda bu xüsusiyyətlər OLUR

İtaliyanın Padua Universitetinin rəhbərlik etdiyi araşdırmada beynəlxalq psixoloqlar qrupu qısa boylu insanların çoxunda düşmənçilik hissinin olduğunu müəyyən ediblər. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, psixologiyada narsisizm, makiavelizm və psixopatiya kimi şəxsiyyət xüsusiyyətlərini ehtiva edən qaranlıq üçlük anlayışı var.

Bu xüsusiyyətlər başqalarına zərər verir, çünki onlar insanın manipulyasiya, sinizm, narsisizm və yalana meyli ilə əlaqələndirilir. Alimlərin fikrincə, qısaboylu və boyundan narazı olan insanlarda bu xüsusiyyətlər üstünlük təşkil edir.

Tədqiqatda sadalanan xüsusiyyətləri qiymətləndirmək üçün anket dolduran, həmçinin boylarını və hündür olmaq istəyi və ya istəmədiklərini bildirən 367 yetkin iştirak edib. Qısa insanlar və uzun boylu olmaq istəyənlər daha çox psixopatiya, narsisizm və makiavelizm nümayiş etdirməyə meyllidirlər.

Üstəlik, boy və narsisizm arasında mənfi əlaqə kişilər arasında daha güclü idi. Amma psixopatiya və makiavelizm səviyyəsi iştirakçıların cinsindən asılı deyildi.

"Çox güman ki, bu, təkamül nöqteyi-nəzərindən insanlar fiziki cəhətdən güclü ola bilməyəndə, psixoloji cəhətdən qorxunc olurlar", - alimlər izah ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Fidan İlqar

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09