Münasibətin bitdiyini göstərən 7 gizli əlamət
07 sentyabr 2026 14:43 (UTC +04:00)

Münasibətin bitdiyini göstərən 7 gizli əlamət

0

Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir.

Lent.az bu 6 əsas əlaməti təqdim edir:

1. Söhbətlər əvvəlki qədər səmimi deyil

Əvvəllər gün ərzində başına gələnləri, planlarını, problemlərini və hisslərini sizinlə bölüşən partnyorunuz artıq yalnız gündəlik və zəruri mövzulardan danışırsa, bu emosional uzaqlaşmanın əlaməti ola bilər. “Nə yeyəcəyik"?, “Saat neçədə gələcəksən"? kimi qısa söhbətlər qalır, şəxsi və dərin mövzular isə azalır.

2. Sizinlə vaxt keçirməyə həvəsi azalır

Birlikdə film izləmək, gəzintiyə çıxmaq, söhbət etmək və ya sadəcə eyni məkanda vaxt keçirmək münasibətin emosional bağını gücləndirir. Partnyorunuz getdikcə daha çox tək qalmağa, dostlarla vaxt keçirməyə və ya telefonla məşğul olmağa üstünlük verirsə, münasibətdə məsafə yarana bilər.

3. Problemlərinizə əvvəlki kimi maraq göstərmir

Sevgi münasibətində insan qarşı tərəfin narahatlığına və sevincinə emosional reaksiya verir. Əgər partnyorunuz problemlərinizi dinləməkdən yayınır, sizi tez-tez “şişirdirsən” və ya “boş ver” kimi sözlərlə yola verirsə, bu, emosional əlaqənin zəiflədiyini göstərə bilər.

4. Fiziki yaxınlıq azalır

Emosional uzaqlaşma çox vaxt fiziki yaxınlığa da təsir edir. Burada söhbət yalnız intim münasibətdən getmir. Qucaqlaşmaq, əl-ələ tutmaq, toxunmaq, yanaqdan öpmək kimi gündəlik yaxınlıq formalarının azalması da diqqət çəkə bilər. Əgər əvvəllər təbii olan bu davranışlar birdən yoxa çıxırsa, bunun səbəbini araşdırmaq faydalıdır.

5. Mübahisə etmək belə istəmir

İlk baxışdan mübahisələrin azalması müsbət görünə bilər. Lakin partnyor artıq problemi həll etmək üçün danışmaq, fikir bildirmək və ya münasibəti düzəltmək üçün səy göstərmək istəmirsə, vəziyyət fərqlidir. Bəzən “mənə fərqi yoxdur”, “necə istəyirsən elə et” kimi reaksiyalar insanın münasibətdən daxilən uzaqlaşdığını göstərə bilər.

6. Gələcək planlarında sizi daha az nəzərə alır

Sağlam münasibətlərdə tərəflər gələcək haqqında danışarkən bir-birini planlarının bir hissəsi kimi görür. Partnyorunuz gələcək planlarını əsasən tək qurmağa başlayırsa, vacib qərarları sizinlə məsləhətləşmirsə və ortaq planlara maraq göstərmirsə, münasibətdə emosional məsafə yaranıb. Bu əlamətlərdən yalnız birinin olması münasibətin mütləq bitdiyi anlamına gəlmir.

İnsan iş stressi, ailə problemləri, yorğunluq və ya şəxsi çətinliklər səbəbindən də bir müddət özünə qapana bilər. Ancaq bir neçə əlamət uzun müddət davam edirsə, partnyorla açıq və ittihamsız şəkildə danışmaq münasibətin hansı mərhələdə olduğunu anlamağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar