Zülfiyyə Qurbanova: "Övladımın Azərbaycanda aktrisa olmasını  istəmərəm"
01 fevral 2023 12:27 (UTC +04:00)

Zülfiyyə Qurbanova: "Övladımın Azərbaycanda aktrisa olmasını istəmərəm"

“Görürük ki, yaşlı aktyorlar işdən çıxarılır, sənətdən gedir və s. O aktyor çörək yeməsin? Ac qalsın? Nə etsin? Məncə, aktyor səhnədə ölməlidir”.

Bu sözləri Lent.az-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib. O, incəsənət sahəsini vəfasız adlandırıb və işdən çıxarılan aktyorlardan söz açıb:

“İncəsənət çox vəfasız sahədir. Bu sahədə qayğısızlıq hər dövrdə olub. Nə qədər aktyor, aktrisalarımız var ki, haqsızlıqlarla üzləşirlər. İşdən çıxarılmalar və s. 70 yaşlı obrazı kim oynasın bəs? O aktyor çörək yeməsin? Ac qalsın? Məncə, aktyor səhnədə ölməlidir. Ona bir dəstə gül vermək də, ad günündə tort kəsmək belə diqqətdir. Onun özü belə qayğıdır. Sənət adamlarının maddiyyatdan daha çox, mənəvi qayğıya ehtiyacları var. Övladım olsa, istəmərəm Azərbaycanda aktrisa olsun. Əziyyəti, stresi çox, qazancı da az. Üstəlik vəfasızdır. Aktyor olmaq istəyirsə, xarici ölkələrdə olsun. Azərbaycanda olmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5028
avatar

Nigar Namiq

Oxşar yazılar