Yenidən aktrisalığa qayıdır
12 avqust 2015 23:29 (UTC +04:00)

Yenidən aktrisalığa qayıdır

Amerikalı müğənni Britni Spirs yenidən aktrisa kimi karyerasına başlamaq qərarına gəlib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi “Bakirə qız” (orijinal versiyası “Jane the Virgin”) serialında çəkilməyə hazırlaşır.

 

Britni bu haqda Tvitter səhifəsində məlumat verib: “Mənim ən sevimli seriallarımdan biri olan “Bakirə qız”da rol təklifi almışam”. Telelayihənin ssenaristi Cenni Snayder Urmen isə Britninin paylaşımına “Hədəflər gerçəkləşir” şərhini yazıb.

 

Qeyd edək ki, Britni indiyədək bir çox ekran işində rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248

Oxşar yazılar