Məşhur türk pop müğənnisi Hakan Peker ikinci dəfə ata olmağa hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni həyat yodaşı Arzu Pekerlə dəniz kənarında yürüyüş edərkən kamerlara tuş gəlib.
Ötən ilin noyabrında oğlu Burak Pekerin övladı dünyaya gələndən sonra baba olmaq sevinci yaşayan 55 yaşlı müğənni, 2017-ci ildə ikinci dəfə ata olacağını deyib.
Qeyd edək ki, 2012-ci ildə ailə qurduğu A.Peker müğənninin üçüncü həyat yoldaşıdır. Burak Peker onun ilk evliliyindən olan oğludur.