“Özümə qızıldan tac düzəltdirirəm”. Lent.az-ın məlumatına görə, bunu APA.TV –nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Xuraman Şuşalı deyib. O bildirib ki,müştəri ilə görüşə sadə geyimdə gedir: “Soruşurlar ki, məclisə nə geyəcəksiz? Deyirəm, narahat olmayın ora kraliça kimi gələcəm. Məclislərə bər-bəzəkli gedirəm. Yeri gəlmişkən, qızıldan tac düzəltdirirəm”.