Bolqarıstanın paytaxtı Sofiyada uşaqlar arasında keçirilən “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinin qalibi müəyyənləşib. APA-nın “BELTA”ya istinadən verdiyi xəbərə görə, müsabiqənin qalibi Malta təmsilçisi Destini Çukunere olub.
Qeyd edək ki, Belarusu müsabiqədə təmsil etmiş həmvətənimiz Ruslan Aslanov "Sehr" mahnısı ilə dördüncü yeri tutub.