Türkan Şoray İnstaqramda qeydiyyatdan keçdi
12 sentyabr 2015 02:57 (UTC +04:00)

Türkan Şoray İnstaqramda qeydiyyatdan keçdi

Türk filminin sevilən aktyoru Türkan Şoray İnstaqramda qeydiyyatdan keçib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa bununla adına açılan saxta profillərdən xilas olmağa çalışdığını bildirib.

 

"@sorayturkan1" adlı profilin 3500-ə qədər izləyicisi var. Türkan Şoray ilk olaraq qızı Yağmur Ünalı izləməyə başlayıb.

 

"Sosyal mediadan uzaq qalmadım. Bundan sonra İnstaqramda fotolar paylaşaraq, sevənlərimlə burada görüşəcəm" deyə, Şoray bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar