Tarkandan Məryəm Üzərliyə sürpriz
05 oktyabr 2015 23:51 (UTC +04:00)

Tarkandan Məryəm Üzərliyə sürpriz

0

Müğənni Tarkan almaniyalı aktrisa Məryəm Üzərliyə sürpriz edib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən böyük 3 arzusundan birinin Tarkanla görüşmək olduğunu bildirən aktrisa istəyinə çatacaq. Belə ki, ifaçı bu yaxınlarda İstanbulda baş tutacaq konsertinə Məryəmi də dəvət edib. O hətta konsertdən sonra aktrisanın onun kulisinə gəlməsini istəyib.

 

Bu xəbərdən çox sevinən M.Üzərli “Həmin günü səbirsizliklə gözləyirəm. İndidən həyəcanlanmağa başlamışam” deyib.

 

Xatırladaq ki, Məryəm Üzərli müsahibələrinin birində “Ən böyük arzumdan biri Tarkanla görüşməkdir. Hətta onun klipində də oynayardım. Uşaqlığım Tarkanın mahnılarını dinləməklə keçib”, - deyə açıqlama vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar