Tanınmış müğənni Azis Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, tanınmış müğənnini Heydər Əliyev Hava Limanında təşkilatçı Samir Xattab qarşılayıb.
Xatırladaq ki, Azis iyulun 25-də paytaxt məkanlarının birində solo konsert verəcək. Onunla eyni səhnəni xalq artisti Aygün Kazımova da bölüşəcək.