Bu gün stilist Anar Ağakişiyevin ad günüdür. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, 31 yaşı tamam olan stilist özəl gününü İstanbulda qeyd edir.
Təəssüratlarını bölüşən A.Ağakişiyev özü üçün etdiyi hədiyyədən danışıb:
“İlk təbriki anamdan aldım. Bu gün Türkiyədə olan dostlarımla görüşəcəm, axşam restoranların birində qeyd edəcəyik. Yaşımın üstünə yaş gəlməsi məni narahat etmir. Amma içimdə müəyyən bir hiss yaranır. Sanki bir tənhalıq əhatəsindəyəm. Buna görə kədərlənmirəm. Hamıdan təbəssüm, xoş münasibət gözləyirəm. Həyat tək maddiyat üzərində qurulmayıb. Gülüş, sevinc dolu anlar hər şeydən üstündür. Heç kimdən özəl hədiyyə gözləmirəm. Ən böyük sürprizi özüm özümə etdim. Elə bir hədiyyə etmişəm ki... Arzumu qismən reallaşdırdım və xaricə bir addım da yaxınlaşdım. İnşallah səs-sorağım başqa yerlərdən gələcək. Həmişə ilklərə imza atmışam: 2001-ci ildə “İlin stilisti” oldum. İlk dəfə “Maşın” şouda iştirak edən, xaricə vizaj dərsi almağa gedən stilistəm. Bu da o ilklərin siyahısına yazılacaq”.
Qeyd edək ki, A.Ağakişiyev yerli məşhurlarla yanaşı bir neçə dünya ulduzunu da makiyaj edib. Belə ki, şəhərimizin qonağı olan Nikol Şerzinger, Sinəm Kobal, Alsu və İrina Şeykin makiyajı ona həvalə olunmuşdu.