Sovet dövrünün tanınmış musiqiçisi öldü
06 avqust 2015 12:21 (UTC +04:00)

Sovet dövrünün tanınmış musiqiçisi öldü

Məşhur mahnıların müəllifi, sovet dövrünün tanınmış musiqiçisi Aleksandr Lobanovskiy Sankt-Peterburqda 80 yaşında  dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, bu barədə axşam.az Rusiya mətbuatına istinadən xəbər verib. "Oçarovana, okoldovana" (“Valeh olunmuş, ovsunlanmış”) mahnısının müəllifi ötən ay qan-damar xəstəlikləri diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Aleksandrın ölümü haqda informasiyanı ailənin yaxın dostu Sergey Notik yayıb.

Qeyd edək ki, A.Lobanovskiy 1935-ci ildə Leninqradda anadan olub. O, 1950-ci ildən öz şeirlərinə mahnılar yazmağa başlamış və bununla da bütün SSRİ məkanında tanınmışdı. Aleksandrın məşhur əsərləri arasında "Ballada o sveçax" (“Şamlar haqqında ballada”), "Oçarovana, okoldovana" (“Valeh olunmuş, ovsunlanmış”), "Serıe şineli" (“Boz şinellər”) xüsusi yer tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar