“Günəşli” neft yatağında baş vermiş hadisə ilə bağlı azərbaycanlı müğənni Natavan Həbibi tanınmış sənətçi Azislə birgə verəcəyi konserti təxirə salıb. Lent.az-ın məlumatına görə, bu qərara hər iki ifaçı birlikdə gəliblər. Hətta Azis şəxsi “İnstagram” səhifəsində şəkil paylaşaraq, “Bağışla, Bakı” şərhini yazıb.
Qeyd edək ki, N.Həbibi ilə Azisin konserti dekabrın 19-da paytaxt məkanlarının birində olacaqdı.