Nadir Şəbnəmi Sibel Canla müqayisə etdi
30 yanvar 2016 00:27 (UTC +04:00)

Nadir Şəbnəmi Sibel Canla müqayisə etdi

Azərbaycanlı müğənni Şəbnəm Əsədova ifa etdiyi “Səndən sonra” adlı mahnıya çəkilmiş klipinə təqdimat edib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində media və şou-biznes əhlini başına cəm edən ifaçı təqdim etdiyi ekran işindən danışıb: “Xeyli vaxtdır ki, gözlədiyim klipi nəhayət ki, təqdim etdim. Açığı ekran işinə ilk dəfə elə sizlərlə birgə baxıram. Çalışmışıq ki, fərqli bir klip ərsəyə gətirək. Bu gün bura məni dəstəkləmək üçün bura gələn bütün sənət dostlarıma minnətdaram. Bu iş yaradıcılığımda son yenilik deyil. Qarşıda bir neçə yeniliklərim olacaq”.

 

Ş.Əsədovanın yeni klipi barədə həmkarı Nazənin də danışıb: “Mən Şəbnəmin sənətini bəyənirəm, elə ona görə də burdayam. Hər zaman ona dəstək olmuşam. Bundan sonra da ona əlimdən gələni etməyə hazıram. Klipi də bəyəndim. Uğur olsun”.

 

Tədbirdə qonaq olan müğənni Nadir Qafarzadə də klip barədə təəssüratlarını bölüşərək, Ş.Əsədovanı Türkiyənin tanınmış müğənnisi Sibel Canla müqayisə edib: “Hər zaman bir şeylə razı olmamışam ki, müğənnilərimizi müqayisə etmək üçün deyirlər ki, Aərbaycan şou-biznesinin Tarkanı, Sezan Aksusu, nə bilim nəyi. Şəbnəmi də Sibel Cana bənzədirlər. Deyərdim ki, Şəbnəm Sibel Candan da gözəldi. Sənəti də yaxşıdır. Qurban olaram Azərbaycan müğənnilərinin sənətlərinə. Öz müğənnilərimizin qədrini bilsək, yaxşı olar”.

 

Xatırladaq ki, təqdimata tanınmışlardan əməkdar artist Ədalət Şükürov, müğənnilərdən Manaf Ağayev, Vasif Məhərrəmli, Ramal İsrafilov, Sevda Sanaliyeva, Roza Zərgərli, Bahar Lətifqızı, Gülay Zeynallı, Yaşar Yusub, Mənzurə Musayeva, Yaşar Cəlilov və başqaları gəlmişdi.

 

Qeyd edək ki, “Səndən sonra” adlı mahnının sözləri Tural-Toğrul qardaşlarına, musiqisi isə müğənni-bəstəkar Nurlan Təhməzliyə məxsusdur. Klipin rejissoru Nazim Şərbətov, prodüserləri isə Cəmilə Cəfərova, Mehri Aliquliyevadır.

 

Fotolar Pərviz Salıyevə məxsusdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Yalçın UĞUR

Oxşar yazılar