Müğənnilər Bülent Ersoy və Ajda Pekkan arasında mübahisə davam edir.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, B.Ersoy onu məhkəməyə verən Ajda haqda gizli sənədləri yüksək vəzifəli insanların məsələyə qarışmasından sonra kassada gizli saxlamağa qərar verib.
Qeyd edək ki, bir qonaqlıqda qarşılaşan cütlükdən A.Pekkanın ona salam verməməsinə əsəbləşən Ersoy həmkarını təhqir etmişdi. Sözlərinə görə məhkəməyə düşən Bülent əlində Ajda haqqında gizli sənədlər olduğunu və onları məhkəməyə verəcəyini demişdi. Sadəcə vəzifəli şəxslərin xahişindən sonra o, həmin sənədləri kassaya qoyaraq bağladığını deyib.