Yaşadığı sevgilərlə gündəmdən düşməyən müğənni Sinan Akçıl indi də siyasətə qoşulmaq istəyir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərlə görüşən pop ifaçı bir neçə ildən sonra millət vəkili olmaq istədiyini də bildirib:
“Siyasəti çox sevirəm. İndi 30 yaşım var. 10-15 ildən sonra millət vəkili olmaq fikrindəyəm. Gecələr siyasi söhbətlərə qulaq asıb yatıram. Uşaqlığımdan bu sahə ilə maraqlanıram. Xüsusən ölkəmlə bağlı olan siyasi məsələlərin həllində iştirak yaxından etmək istəyirəm”.
Bir müddət əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ilə şəkil çəkdirib onu sosial mediada yerləşdirən Sinan fotonun altından yazmışdı:
“O, Türkiyə Cümhuriyyətinin baş naziridir və mən onu sevirəm. Allah gözəl ölkəmizi qorusun”.