Mahsun Kırmızıgül evlənməyə hazırlaşır
Rejissor Mahsun Kırmızıgül bir ildir sevgili olduğu vəkil Ece ilə evlənməyə hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir Baxçaköydə villada yaşayan sənətçi Yeniköyə köçmək qərarına gəlib.
Mahsun həmin istiqamətdə artıq lüks villa axtarmağa başlayıb. Sənətçinin gələcək həyat yoldaşı ilə yaşamaq üçün gecə-gündüz ev axtarışında olduğu bildirilir.