Əməkdar artist Leyla Şıxlinskaya ATV-də yayımlanan “5-ci element” verilişinin qonağı olub.
Lent.az-ın oxu.az-a istinadən xəbərinə görə, aparıcı Kamilə Babayeva Leyla xanıma “4 həyat yoldaşınız olub, 5-ci elementinizi tapmamısınız?” sualını ünvanlayıb.
“Bu qədər dəqiq məlumatı haradan bilirsiniz? Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”,-deyə Leyla Şıxlinskaya cavab verib.