Müğənni Kərim Abbasov küsülü olduğu əməkdar artist Mehriban Xanlarovanın açıq-saçıq fotosunu “İnstaqram”da paylaşıb. Lent.az-ın məlumatına görə, sənətçi aktrisanın ünvanına bunları yazıb:
“Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçaltdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Kərim Mehriban Xanlarovanın qalmaqallı fotosunu paylaşdı
Oxşar yazılar

Özcan Denizin ailəsində böhran: “Barışın, yoxsa villaları yandıraram!”
7 avqust 2025 , 19:46
Seda Sayanın dodaq uçuqladan var-dövləti: Onun kirayə gəlirləri isə...
7 avqust 2025 , 15:51
İlon Maskdan Azərbaycanla bağlı PAYLAŞIM
7 avqust 2025 , 12:42
Məşhur ulduzun xəyanətinə aid yeni detallar üzə çıxdı
7 avqust 2025 , 12:19
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
7 avqust 2025 , 09:51
Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı
6 avqust 2025 , 15:58
Süni intellekt Məhəbbət Kazımova "Laçınım"ı oxutdurdu – VİDEO
6 avqust 2025 , 14:29