Xalq artisti İlhamə Quliyeva vəsiyətini açıqlayıb. Lent.az-ın məlumatına görə, müğənni “10-lar” verilişində bildirib ki, vəfat edəndən sonra tabutda dəfn edilsin: “Bir arzum var ki, 40 ildən sonra vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi. Bir çoxları mənim bu vəsiyətimə hələ sevinməsin. Hələ 30-40 il yaşayacam”.
İ.Quliyeva plastik əməliyyat etdirəcəyini bildirib: “Hələ plastik əməliyyat da etdirəcəm, artıq piylərimi də çıxartdıracam. İndi 75 kiloyam. Bu beş kilonu da atsam, yaxşı olar”.