II Yelizaveta "Şerlok"u mükafatlandırdı
11 noyabr 2015 02:53 (UTC +04:00)

II Yelizaveta "Şerlok"u mükafatlandırdı

Böyük Britaniya kraliçası II Yelizaveta məşhur “Şerlok” obrazının müəllifi Benedikt Kamberbetçi “Britaniya imperiyasının ordeni” ilə təltif edib. 

 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Benedikt bu mükafata aktyor kimi qazandığı uğurlara, xeyriyyə fəaliyyətinə görə layiq görülüb. Aktyor mükafatlandırma mərasiminə həyat yoldaşı Sofi Hanterlə yollanıb.

 


 
B.Kamberbetç jurnalistlərə açıqlamasında kraliça ilə ilk dəfə “Barbikan” teatrında “Hamlet” tamaşasının nümayişi zamanı qarşılaşdığını və bunun onun üçün böyük şərəf olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar