Dünən məşhur estrada müğənnisi Günay İbrahimli imza gününü keçirib. Lent.az-ın məlumatına görə, ifaçı fanatlarını başına toplayaraq ilk albomu olan “Sənə bağlanıram”ı imzalayaraq sevənlərinə hədiyyə edib. Günayı görməyə gələnlər isə tək paytaxt Bakıdan deyil, eləcə də bölgələrdən, həmçinin Təbrizdən, İraqdan, Türkiyədən də təşrif buyurublar.
Maraqlı anlarla yadda qalan imza gününü aparıcı-jurnalist Şahin Cavadsoy idarə edib. Təşkilatçı eyni zamanda Günayın prodüseri kimi çalışan Zamiq İbrahimovun zəhməti ilə ərsəyə gələn tədbirdə jurnalistlər də iştirak edib. İraqdan gələn jurnalist Muhammed Nasir isə Günayla maraqlı müsahibə edib.
İmza günündə fərqli yarışmalar da keçirilib və Günayın ən sadiq fanatları seçilib. Sonda müğənni onların istəyi ilə “Sənə bağlanıram” mahnısı canlı-canlı səsləndirib.