Gülay həyat yoldaşının ona şiddət göstərməsi iddiaların reaksiya verdi
31 yanvar 2016 14:50 (UTC +04:00)

Gülay həyat yoldaşının ona şiddət göstərməsi iddiaların reaksiya verdi

Xanəndə Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynalovdan şiddət görməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

Lent.az xəbər verir ki, musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, bu məlumatlar əsassızdır: “Mənim şiddət gördüyümü kim deyir? Belə hadisə heç vaxt olmayıb. Hamısı şayiədir. Hər ailədə söz-söhbət olur. Heç kim deyə bilməz ki, onun ailəsində mübahisə düşmür. Kamildən heç vaxt şiddət görməmişəm. Hansı zəmanədə yaşayırıq? Mənim həyat yoldaşım mənə elə davranmaz. Biz bir-birimizi başa düşürük, fikirlərimiz hörmətlə yanaşırıq. Ailədə güzəştə getmək lazımdır”.

 

Qeyd edək ki, Kamil-Gülay cütlüyü 2010-cu ilin noyabr ayında ailə qurub. Onların Sahilə adlı bir qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar