Emin Ağalarov Timati ilə ləzginka oynadı
17 avqust 2015 23:27 (UTC +04:00)

Emin Ağalarov Timati ilə ləzginka oynadı

Bir neçə gün bundan əvvəl ifaçı Timati 32 yaşını qeyd edib.

 

“Qafqazinfo” amornews-a istinadən xəbər verir ki, ad günü ən bahalı klub olan Monte Karlo Twigada baş tutub. Ənənəyə sadiq olan reper ən yaxın dostlarını ad gününə dəvət edib.Dəvətlilər sırasında müğənni və bəstəkar Emin Ağalarov da olub.

 

Ad günündə bütün məşhur mahnılar ifa olunub, konsert abu-havası yaşanıb. Bir neçə mahnıdan sonra Timati Emin Ağalarovla birgə Ləzginka rəqsini oynayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar