Müğənni Elariz Məmmədoğlu yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb.
Lent.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə paylaşdığı fotoya “Aida, mənim həyatım” sözlərini yazıb.
Qeyd edək ki, Aida sənətçinin qızı Günelin övladıdır. Günelin toyu ötən ilin aprelində olub. E.Məmmədoğlunun bundan başqa bir oğlu və qızı var.