Müğənni Cennifer Lopesin özü kimi övladları da gündəmdən düşmür.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının qızı Emma və oğlu Maks geyimləri ilə diqqət çəkib. 47 yaşlı müğənni uşaqlarının yeni fotosunu sosial şəbəkədə yayımlayıb.
Lopesin yayımladığı şəkildə Emma qara qısa kürk, qısaboğaz çəkmə, Maks isə qara köynək və cins geyinib. İfaçı şəklə "Onlar anasının Las-Veqasdakı konsertinə gəlmək və onu dəstəkləmək istədilər" şərhini yazıb.