Məşhur "Forbes" jurnalı dünyanın ən bahalı aktyorlarının siyahısını hazırlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 3 ildir siyahıda birinci yerdə Robert Dauni-kiçik dayanır. Bu il ərzində o, 80 milyon dollar qazanıb. Bu məbləği "dəmir adam" "İntiqamçı: Era Altrona" layihəsindən əldə edib.
İkinci yerdə isə 30 milyon dollar fərqlə Ceki Can dayanır. Aktyorun gəliri 50 milyon dollardır.
Siyahının növbəti məşhuru "Forsaj" filminin qəhrəmanı Vin Dizeldir. O, 47 milyon dollar əldə edib. Ən çox qazanan dördüncü aktyor isə Bredl Kuperdir. O, bu il 41,5 milyon dollar qazanıb. Onun ardınca 41 milyon dollar gəliri olan Adam Sendler gəlir. Tom Kuruz isə 40 milyon dollar qazancı ilə altıncıdır.
Onluğa Bollivud ulduzları da daxil olub. Belə ki, Amitabh Baççan və Salman Han bu il 33,5 milyon dollar qazanıb. Akşay Kumar isə 32,5 milyon dollar qazancı ilə doqquzuncu yerdədir. Siyahının sonuncusu isə amerikalı aktyor Mark Uolberqdir. Onun gəliri 32 milyon dollardır.