Bu axşam hədəf Naibə Allahverdiyevadır
21 oktyabr 2015 18:47 (UTC +04:00)

Bu axşam hədəf Naibə Allahverdiyevadır

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə -gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:45-də yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın bu dəfəki qonağı əməkdar artist Naibə Allahverdiyeva olacaq.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351

Oxşar yazılar