Azərbaycanlı müğənni bu verilişin hədəfinə düşüb
04 noyabr 2015 13:04 (UTC +04:00)

Azərbaycanlı müğənni bu verilişin hədəfinə düşüb

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə -gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:35-də yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın budəfəki qonaq müğənni Rəvan Qarayevdir.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur. Verilişin təkrarı cümə günü saat 16:00-da yayımlanacaq.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar