Türkiyənin “Star” telekanalının “Tülin Şahin ilə moda” verilişində azərbaycanlı dizayner Rüfət İsmayıl barədə reportaj yayımlanıb.
Lent.az-ın məlumatına görə, verilişin aparıcısı tanınmış türk model Tülin Şahin Azərbaycana gəlmək istədiyini bildirib: “Bizim üçün böyük bir fəxrdir ki, tanınmış azərbaycanlı dizayner Türkiyədə fəaliyyət göstərir. Mən çox istərdim ki, yaxın zamanlarda Azərbaycanda qonaq olum. Azərbaycanı sevirəm, görüşənədək”.