Azərbaycanlı bəstəkar uşaq evində olub
16 noyabr 2015 11:45 (UTC +04:00)

Azərbaycanlı bəstəkar uşaq evində olub

Bəstəkar Sevinc Tofiqqızı “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinə baş çəkib.

 

Lent.az-ın məlumatına görə, bəstəkar görüşdən sonra təəssüratlarını bölüşüb: “Uşaqlarla gözəl vaxt keçirdik. Bizim üçün mahnılar oxuyub, şeir söylədilər. Oradakı bir uşaq boynuma sarılıb, “Mən anamı istəyirəm. Sizsiniz mənim anam?” sözlərini dedi. Çox kövrəldim. Hər kəsi xeyriyyə işləri ilə məşğul olmağa səsləyirəm. Sığınacağa qonaq gedib, uşaqları sevindirmək böyük savabdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar