Aktyor Silvestr Stallone 69-cu doğum günün Venesiyada keçirdikdən sonra, indi də ailəsi ilə Fransanın cənubunda yaxta gəzintisinə çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Rembo" və "Rokki" obrazları ilə dünya şöhrəti qazanan aktyor həyat yoldaşı Cennifer Flavin ilə avar çəkib.
Stallonenin 3 qızı - 18 yaşlı Sofiya, 17 yaşlı Sistin və 13 yaşlı Skarlet də onlarla bir yerdə olub.