Türkiyənin məşhur “O səs Türkiyə” müsabiqəsində jürilərin nə qədər qazandığı müəyyənləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Acun Ilıcalının rəhbərlik etdiyi yarışmada münsiflərin məvacibi bir çoxlarını təəccübləndirib. Jürilərin həftəyə aldıqları qonorarın miqdarı aşağıdakı kimidir:
Sibel Can 100 min TL, (təxminən 50 min manat)
Hadisə, Murat Boz 85 min TL,
Gökhan-Hakan Özoğuz 90 min TL.
Qeyd edək ki, “O səs Türkiyə”də olmuş digər jüri Ebru Gündəş də 100 min TL məvacib alırdı.