"Kurtlar vadisi"nin tanınmış aktyoru öldü
01 sentyabr 2015 02:14 (UTC +04:00)

"Kurtlar vadisi"nin tanınmış aktyoru öldü

"Kurtlar vadisi Pusu" serialında rol alan Türkiyənin məşhur aktyoru dünyasını dəyişib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Yalçın Güzelcenin 64 yaşı olub. 5 il əvvəl beynində bədxassəli şiş aşkarlanmışdı. Həmin vaxt əməliyyat olunan aktyor sağlamlığına qovuşmuşdu.

 

Bununla belə son vaxtlar Yalçın Güzelcenin səhhəti yenidən pisləşmişdi. Bu səbəbdən aktyor xəstəxanaya yerləşdirilmişdi. Bu gün isə aktyorun vəfat etməsi xəbəri yayılıb.

 

Yalçın Güzelce indiyə qədər "Cennet mahallesi", "Eyvah babam" televiziya layihəlrəində iştirak edib. Onun rol aldığı ən sonuncu və ən məşhur serial "Kurtlar vadisi pusu" teleserialı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar