Tanınmış türk sənətçisi Ebru Gündeşlə ötən ilin martında ABŞ-da həbs olunan əri, Azərbaycan əsilli iş adamı Rza Zərrabın barışdığı iddia olunur.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, R. Zərrab bu ilin sentyabr ayında yazılı bir şərhlə Ebru Gundeşin boşanmaq istədiyini və vəkilinin iddia açmaq üçün vəkalətnamə göndərdiyini bildirmişdi. Lakin ötən müddət ərzində tərəflər boşanma iddiası qaldırmayıb. Rza Zərrabla həbs olunmasından sonra 3 ay boyunca heç görüşməyən Ebru Gündeş bir müddət sonra yoldaşıyla ünsiyyət qurub. Telefon vasitəsilə danışan cütlük arasındakı buzların qısa müddətdə əridiyi və məşhur müğənninin boşanma qərarından imtina etdiyi bildirilir. Məlumata görə, həyat yoldaşının Kanlıcadakı malikanəsindən Beykozda bir evə köçmək planı olan Ebru Gündeş bu plandan da vaz keçib.