Xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərovun ailəsində sevincli an yaşanıb. Lent.az-a açıqlama verən prodüser bildirib ki, oğlu Həsən Cəfərov yüksək nəticə ilə ali məktəbə daxil olub: “Allah hər bir valideynə bu günü nəsib etsin. Oğlum Azərbaycan Dillər Universitetinin Amerika üzrə regionşünaslıq fakültəsinə daxil olub. Həmin fakültədə Azərbaycandan 20 nəfər təhsil almaq hüququ qazanıb. Çox sevincliyəm. Övladlarımla qürur duyuram”.
Qeyd edək ki, şou-biznesdə bir çox tanınmış simalarla çalışan R.Cəfərovun oğlundan savayı, bir qızı da var. Qızı Nərmin Cəfərova bu il Sankt-Peterburq Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.