Azərbaycanlı modelyerin kolleksiyası mükafatlandırıldı
12 sentyabr 2015 15:48 (UTC +04:00)

Azərbaycanlı modelyerin kolleksiyası mükafatlandırıldı

Azərbaycanlı modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın yeni kolleksiyası Çinin Urumçi şəhərində keçirilmiş “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatına layiq görülüb. Bu barədə Lent.az-a modelyerin özü məlumat verib. Onun sözlərinə görə, “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.

 

Onu da əlavə edək ki, 25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Festivala Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər də qatılıb. Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində cari ilin aprelində Londonda təqdim edilmişdi.

 

Qeyd edək ki, G. Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri"- görə mükafat almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291

Oxşar yazılar