Mehmet Ali Erbil, türkiyəli şoumen
05 iyun 2021 02:37 (UTC +04:00)

Mehmet Ali Erbil, türkiyəli şoumen

"Sevgi çatışmazlığına görə 4 arvadımla ayrıldım" - Şoumen efirdə ağladı

Jülide Ateşin "40" proqramına qonaq olan şoumen Mehmet Ali Erbil, "hələ də valideynlərinizə əsəbiləşirsiniz?" sualının cavabında Erbil "14 yaşımda ögey atam məni yeniyetmə olduğum üçün evdə istəmədi" deyərək ağlayıb.

Jülide Ateş "Hələ də valideynlərinizə əsəbiləşirsiniz?" sualının cavabında Erbil "14 yaşımda ögey atam məni yeniyetmə olduğum üçün evdə istəmədi. Anam da çarəsiz idi, hörmət edirəm, çünki çox sevirdi, bizə baxa bilmirdi. Film kimidir, ögey anam da qardaşımı istəmədi. Dedilər ki, gəlin onlar üçün bir internat məktəbi tapaq" deyərək kədərlənib.

Lent.az milli.az-a istinadən xəbər verir ki, Erbil göz yaşları ilə sözlərinə davam edərək: "Ən acınacaqlısı budur ki, heç vaxt unutmadığım, ögey atam anamı mənim çirkli paltarlarımı yumağa qoymurdu. Qonşumuz var idi, onun üçün yuyucu toz alardım paltarlarımı yuyardı. Yataqxanaya gələrək gecələr ağlayardım, "Allahım, mən heç vaxt belə olmayacağam, yoldaşımla heç vaxt ayrılmayacağam, belə övladlarım olmayacaq" deyərdim. Ancaq heç nə dediyim kimi olmadı, dünya bizim istədiyiniz kimi getmir. Bu axtarışa, bu sevgi çatışmazlığına görə 4 arvadımla ayrıldım. Sonra anamı da sevə bilmədim. Bu mənim günahım deyil. Anamı sevə bilmədim, içimdən heç vaxt sevə bilməyəcəyəm, bizə ögey ata zülm etdiyində səssiz qaldığı üçün".

Qeyd edək ki, uzun müddətdir səhhətindəki problemlər üzündən çətinlik çəkən şoumen uşaqlıq və gənclik illərindəki travmaları ilə sevənlərini kədərləndirib.

# 3402
avatar

Oxşar yazılar