Türkiyəli pop müğənnisi Serdar Ortaçın sağlığı yenidən pisləşib.
Lent.az xəbər verir ki, illərdir Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 52 yaşlı ifaçı bununla bağlı açıqlama verib.
“Konsert verməsəm bu xəstəliklə başa çıxa bilmərəm. Konsertsiz olmur. Bu xəstəliyə artıq dözə bilmirəm. 1 il yarımdır ki, velosiped sürmürəm. Sol ayağımda daha bir damar tutulması yaşadım. Ümid edirəm ki, keçəcək”, - deyə Ortaç bildirib.