Özcan Dəniz
20 oktyabr 2021 15:41 (UTC +04:00)

Özcan Dəniz

Özcan Dəniz döyüldü

Həyat yoldaşı Feyza Aktan ilə problemli şəkildə ayrılan Türkiyənin məşhur müğənnisi, aktyor Özcan Dəniz döyülüb.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, müğənni Özcan Dəniz uşağını görmək üçün getdiyi keçmiş həyat yoldaşının evində mübahisə edib. Bu zaman keçmiş həyat yoldaşının sillələnən məşhur müğənninin paltarları da cırılıb.

İddialara görə, Özcan Dəniz övladı Kuzey Dənizin məktəbində çağırılıb. Direktor məşhur müğənniyə oğlunun məktəbə gəlmədiyini söyləyib. Buna görə keçmiş həyat yoldaşının evinə getmək və oğlunu görmək istəyən Özcan Dəniz xoş mənzərə ilə qarşılaşmayıb. Oğlunu evdə hələ də gecə geyimində görən Dəniz əsəbləşib. Bu da Feyza ilə aralarında mübahisələrə səbəb olub. Kuzey atasının yanına gəlmək istədikdə, Feyza əsəbləşib. O, əvvəlcə Özcan Dənizə sillə vurub, sonra paltarlarını cırıb.

Evdən polis bölməsinə yollanan Dəniz keçmiş həyat yoldaşından şikayətçi olub.

 

# 7332
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar