"Onlar olmasaydı, evdən qaçardım" -  Safurə
24 avqust 2021 14:25 (UTC +04:00)

"Onlar olmasaydı, evdən qaçardım" - Safurə

"Uşaqlarla darıxmıram, hətta uşaqların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı bəlkə də evdən qaçardım".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Safurə Əliyeva "Özəl" verilişində qonaq olarkən deyib. Uzun fasilədən sonra yenidən ifaçılığa başlayan Safurə övladlarından danışıb:

"Evdə istilik yaradırlar. 3 uşağım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissim daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır".

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Bu evlilikdən onların 3 övladı var. İstanbulda yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9330
avatar

Oxşar yazılar