Türkiyənin "imperator"u sayılan İbrahim Tatlısesin qızı Dilan Çitak bu gün ailə qurur.
Lent.az xəbər verir ki, Dilan "Instagram" hesabında "Gedirik", - yazaraq foto paylaşıb.
Musiqiçi Levent Dörter ilə evlənən müğənni zurna-balabanın sədaları altında ata evindən çıxıb. Bu axşam İstanbuldakı "Swissotel The Bosphorus" otelində toy mərasimi keçiriləcək.
Qeyd edək ki, cütlük may ayında nişanlanıb.