Müğənni Dua Lipa növbəti addımı ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Albaniyada doğulan ingilis ifaçı “İnstaqram”da paparazzilərin çəkdiyi şəkilləri paylaşıb. Onun bu hərəkəti isə fotoların müəllifinin xoşuna gəlməyib. Məhz buna görə də müəllif Dua Lipanı məhkəməyə verib.
25 yaşlı müğənninin 150 min dollar qonorar ödəməsi gözlənilir.
Sevinc Nurəddinova