Məşhur müğənni səhnəyə çıxmaqdan imtina etdi - KONSERT LƏĞV EDİLDİ  - FOTO
22 noyabr 2022 22:48 (UTC +04:00)

Məşhur müğənni səhnəyə çıxmaqdan imtina etdi - KONSERT LƏĞV EDİLDİ - FOTO

Rusiyalı müğənni MakSim pərəstişkarlarını yenidən təşvişə salıb. 

Lent.az xəbər verir ki. onun Voloqdadakı konserti çıxışdan bir neçə saat əvvəl ləğv edilib. 

Səbəb sənətçinin halının kəskin şəkildə pisləşməsidir.

Sənətçinin PR direktoru Yana Boquşevskaya bildirib ki, bu yaxınlarda Çerepovetsdəki çıxışından sonra müğənninin qan təzyiqi qalxıb və başı gicəllənib. 

Həkimlər məşhurun növbəti konsert üçün sağalmasına kömək etməyə çalışsalar da, sonda ona səhnəyə çıxmaqdan imtina etməyi tövsiyə ediblər.

“MakSim ən ağır koviddən sonra hələ də çoxlu dərman qəbul edir”,- deyə Boquşevskaya bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4857
avatar

Oxşar yazılar