Müğənni Svetlana Razina şou-biznesdən mebel biznesinə keçib.
Miraj qrupunun keçmiş solisti müğənnilik karyerasını dayandırıb.
Lent.az REN TV-ə istinadən xəbər verir ki, sovet ulduzu mebel biznesinə başlayıb.
Yeni məşğuliyyətdə Razina xoşbəxt olsa da qazancı azdır.
Ulduzun dediyinə görə, o, dülgərliklə təsadüfən maraqlanıb. Lakin indi onun sərəncamında bir mebel emalatxanası var. Bu işdə Razinanın həyat yoldaşı ona dəstək olur.