Dünya şöhrətli müğənni Britni Spirs Kaliforniyadakı evini zərərə satıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Kaliforniya ştatının Kalabasas şəhərindəki daşınmaz əmlakını 10 milyon dollara satıb.
Britni və əri Sam Asghari mülkü 2022-ci ilin yayında 12 milyon dollara alıblar. Evin sahəsi min kvadratmetrdən çoxdur.
Evin içərisində yeddi yataq otağı və doqquz vanna otağı var. Bundan başqa, on otaqlı evin kinoteatrı, şərab zirzəmisi, bar və idman zalı var.