Supermodel İrina Şeyk çılpaq “Burberry” libası və çimərlik paltarında pozalar verib.
Lent.az xəbər verir ki, o, şəkilləri sosial şəbəkədə paylaşıb.
Fotoda model çimərlik və dəniz fonunda pozalar verib.
İrina Şeyk “Burberry” brendindən qəfəsli bikini seçib.
Şərhlərdə pərəstişkarları supermodelin bədəninin gözəlliyini qeyd ediblər:
"Ən seksual model", "Heyrətləndirici fiqur", "İlahə", "Qəşəng və seksual" kimi rəylər yazılıb.
Bu mövsüm İrina Şeyk dörd dünya moda həftələrinin hamısında ən çox tələb olunan modellərdən biri oldu.
Xüsusilə, o, “Vogue World: New York” şousunda, “Versace Milanda və Burberry-də Londonda iştirak etdi.
Daha əvvəl bildirilmişdi ki, İrina Şeyk qızılı büstiyer libasda Mugler Angel ətirinin siması olub.